25 C
Baku
24 Sentyabr 2026, 23:04
Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Dünya

Politoloq: İran nüvə silahı əldə edə bilər

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə İranın gələcəkdə nüvə silahı əldə etməsi ehtimalını dəyərləndirib.

Ekspert sosial media hesabında bildirib ki, İrana qarşı növbəti hərbi əməliyyatlar başlayacağı təqdirdə rəsmi Tehran nüvə silahı hazırlamaq qərarına gələ bilər. Onun sözlərinə görə, İranın nüvə silahının hazırlanması istiqamətində işlər aparması ehtimalı da istisna deyil.

Məhəmməd Əsədullazadə qeyd edib ki, nüvə silahının qadağan olunması ilə bağlı Ayətullah Əli Xameneinin fətvasının qüvvədən düşdüyünü və bu məsələdə yeni fətvanın verilməsinin gözlənilmədiyini düşünür. O, həmçinin İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxacağını bəyan etdiyini bildirib.

Ekspertin fikrincə, hazırda beynəlxalq təhlükəsizlik böhranı yaşanır və İrana qarşı mümkün hərbi əməliyyatlar fonunda Tehran özünü müdafiə etmək və regional geosiyasi mövqelərini gücləndirmək məqsədilə nüvə silahına sahib olmaq istiqamətində addımlar ata bilər.

Əsədullazadə ABŞ-nin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə həyata keçirdiyi hərbi əməliyyatların əks nəticə verə biləcəyini bildirib. O, bu vəziyyəti Rusiyanın Ukraynanı silahsızlaşdırmaq məqsədilə başladığı hərbi əməliyyatlarla müqayisə edib və Ukraynanın sonradan daha güclü silahlandığını qeyd edib.

Politoloq hesab edir ki, İranın nüvə silahına sahib olması ölkənin regional siyasətinə də təsir göstərə bilər. Onun sözlərinə görə, İrana qarşı tətbiq olunan sanksiyalar ölkədə iqtisadi problemləri dərinləşdirir və İranın qarşısında hərbi imkanların inkişafı ilə iqtisadi tənəzzül arasında ziddiyyət yaranır.

Əsədullazadə İranın Şimali Koreya modelinə bənzər istiqamətdə inkişaf edə biləcəyi barədə də fikirlərini bölüşüb. Lakin o, İranın əhalisinin sosial-siyasi fəallığının və ölkənin coğrafi mövqeyinin Şimali Koreyadan fərqli olduğunu vurğulayıb.

Ekspertin fikrincə, İranın nüvə silahına sahib olması Cənubi Qafqaz üçün birbaşa təhdid yaratmaya bilər. O hesab edir ki, belə bir silah İran hakimiyyətinin mövqeyini qorumasına xidmət edə bilər, lakin ölkə daxilində iqtisadi və sosial böhranın daha da dərinləşməsi ilə nəticələnə bilər.

Aynur Camal

Oxşar xəbərlər

Bioloq uzunömürlülüyün əsas amillərini açıqladı

Aynur Camal

AB Ukraynaya 3 milyard avroya yaxın yeni ödənişi təsdiqlədi

Aynur Camal

Nyu-York Polymarket-ə qarşı məhkəmə iddiası qaldırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu