Siyasət

Politoloq: ” Xankəndinə silah daşınması davam edərsə, biz müstəsna hüquqlardan istifadə edəcəyik”

Müdafiə Nazirliyindən verilən məlumata görə, Xankəndi – Xəlfəli – Turşsu torpaq yolundan istifadə etməklə, Ermənistan Respublikasından Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiği Azərbaycan ərazisinə silah və sursatların daşınması barədə operativ məlumatlar daxil olub. Daxil olan məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Və bu zaman qarşı tərəfdən atəş açılıb. Baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.

Məsələyə aydınlıq gətirmək üçün politoloq Tural İsmayılov ilə əlaqə saxladıq. O, hadisə ilə bağlı fikirlərini  Bugun.tv-yə bildirdi.

“Təəsüflər olsun ki, uzun müddətdir bizim çağırışlarımıza yekun bir cavab verilmir. Azərbaycan ictimaiyyəti Ermənistanın özəlliklə, Fransa və qərbi imperialist cəsus şəbəkəsi tərəfindən təhrik edildiyini göstərirdi. Və o hadisələrin analizi də göstərir ki, regionda dayanıqlı sülhü sabotaj etmək üçün bu gün Ermənistan əlindən gələni etməyə etməyə davam edir. Və əlbəttə ki, bu əsla, bizim tərəfimizdən qəbul edilən hadisə deyil. Son baş verən hadisələr onu göstərir ki, Ermənistanın arxasında dayanan qüvvələr, Cənubi Qafqaz regionunda sülh sabitlik və inkişafın olmasında maraqlı deyil.Onlar daim gərginliyin , qarşı durmanın, problemlərin olmasında maraqlıdırlar. Hər halda, Azərbaycan antiterror əməliyyatlarını keçirmək hüququnu özündə saxlayır. Ermənistan və Ermənistana bağlı olan qüvvələr tərəfindən Xankəndinə silah daşınması davam edərsə, Azərbaycanın əleyhinə təxribatlar dayanmazsa, biz əlimizdə olan bütün müstəsna hüquqlardan istifadə edəcəyik”. Sitatın sonu.

Kəmalə Sultan

Oxşar xəbərlər

İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul etdi

Aynur Camal

Prezident seçkisi bülleteni Ali Seçki Şurası tərəfindən təsdiqləndi

Kəmalə Sultan

Yavuz Subaşı-“Biz millətimiz üçün örnək insanlarıq” (FOTO)

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu