16 C
Baku
23 Mart 2026, 17:02
Digər

Polkovnik Leytenant Yaşar Sadıqovun anım günü qeyd edildi

Tədbir şəhidlərin abidəsi önündə kecirilib. Mərasimə şəhid ailələri, qazilər, Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri də qatılıb. Qəhrəmanın abidəsi önunə tər-çiçəklər düzülüb. Ruhlarına dualar oxunub.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Natiqlər çıxış edib. Yaşar Sadıqovun 28 illik hərb yolundan danışıblar.
Məktəblilər vətənpərvər şeirlər səsləndiriblər.
Qeyd edək ki, Yaşar Sadıqov 1975-ci ildə Füzuli rayon Balabəhmənli kəndində anadan olub.
1995-ci ildə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil alıb.
28 il Azərbaycan Silahlı qüvvələrində qüsursuz xidmət göstərib.
2020-ci il, 27 sentyabr tarixində, Vətən Müharibəsi başlayanda döyüşlərə qatılıb.
Bir neçə postların alınmasında böyük igidlik və şücaət göstərib. Oktyabrın 2-də Muraovdağ istiqamətində şəhid olub.
Nəşi 4 ay sonra Şəhidlər xiyabanında izdihamla torpağa tapşırılıb.
Yaşar Sadıqov qüsurzsuz xidmətlərinə görə 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla təltif olunub. Bundan başqa
silahlı qüvvələrin 90 və 95 illik, Azərbaycan ordusunun 100 illik yubleyi, Azərbaycan Silahlı qüvvələrinin veteranı,ölümündən sonra isə Rəşadət ordeni,Vətən uğrunda və Kəlbəcərin azad olunmasına görə medalları verilib.

Müəllif: Səbinə Mirzəqızı

Bugün TV

Oxşar xəbərlər

Yaponiya Hörmüz boğazına hərbçi göndərə bilər – şərt açıqlanıb

Aynur Camal

“Məktəbə endirilən zərbə ABŞ istehsalı “Tomahawk” raketi ilə həyata keçirilib”

Aynur Camal

İsrail ordusu Livanın cənubundakı 6 yaşayış məntəqəsinə hücumla hədələdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu