21 C
Baku
8 Oktyabr 2024, 4:45
Baş xəbərİdman

Polşa paytaxında azərbaycanlıların Sülh Yürüşü keçirilib

Bugun.tv xəbər verir ki,oktyabrın 8-də Varşava şəhərində Azərbaycan icmasının məşhur “Plac Zamkowy” meydanından başlayan Sülh Yürüşü keçirilib.

Report” xəbər verir ki, Polşa Azərbaycanlıları Şurası və Polşa Azərbaycanlıları Koordinasiya Şurasının birgə təşkilatçılığı ilə 12.00-dan 13.30-dək baş tutan aksiya Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun şəkildə Qarabağda sülh naminə atdığı addımların, Qarabağ münaqişəsinin başlandığı gündən indiyədək nümayiş etdirdiyi sülhpərvər mövqeyinin polyak və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə gerçəkləşdirilib.

Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan aksiya zamanı polyak və ingilis dillərində “Qarabağ Azərbaycandır!”, “Biz beynəlxalq ictimaiyyətdən qərəzsizlik tələb edirik!”, “Anti-Azərbaycan kampaniyasına son qoyulsun!”, “Ədaləti dəstəkləyin, nifrəti yox!”, “Biz Ermənistanı qarşıdurmaya deyil, danışığa çağırırıq!”, “Biz Ermənistana sülh qapılarını açırıq!”, “Erməni separatizminə və ikili standartlara son qoyulsun!”, “Mina terrorunu dayandırın!”, “Ermənistanın mina terrorunun qurbanı olan azərbaycanlıları unutmayın!”, “Dünya erməni terroruna susur!”, Biz manipulyasiya ilə deyil, faktlarla danışırıq!” və sair şüarlarnın əks edildiyi plakatlar, bannerlər nümayiş etdirilib və səsləndirilib.

“Sigizmund Sütunu” abidəsinin önündə çıxış edən Polşa Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri və digər soydaşlarımız Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycana və xalqımıza qarşı törətdiyi qəsbkarlıq, təcavüz, etnik təmizləmə, soyqırımlar siyasətini, vandallıq aktlarını, İkinci Qarabağ savaşından sonra Ermənistan tərəfindən ölkəmizin işğaldan azad edilmiş ərazilərində hərbi təxribatları və mina terrorunu davam etdirdiyini faktlarla Varşava sakinlərinin diqqətinə çatdırıblar. Sülhsevər və multikultural Azərbaycan dövlətinin Qarabağdakı erməni əhalisinə qarşı heç bir etnik təmizləmə aparmadığı, bütün digər etnik azlıqlar kimi ermənilərə də Azərbaycan vətəndaşlığını qəbul etməyi, bərabərhüquqlu vətəndaşlar kimi sülh, barış və rifah içində birgə yaşamağı təklif etdiyi xüsusilə vurğulanıb. Yürüş iştirakçıları beynəlxalq ictimaiyyətdən və təşkilatlardan Azərbaycana qarşı qərəzli mövqedən əl çəkməyə, ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşmağı tələb ediblər.

Varşavanın Foksal küçəsində başa çatan yürüşün təhlükəsizliyi Polşa polisi tərəfindən yüksək səviyyədə təmin edilib. Yürüşlə maraqlanan paytaxt sakinlərinə Azərbaycan həqiqətlərini əks etdirən broşürlər paylanıb.

Polşanın paytaxtı Varşavada azərbaycanlılar Ermənistanın destruktiv siyasətinə etiraz edirlər.

“Report” xəbər verir ki, aksiyada Polşadan olan azərbaycanlılar iştirak edirlər.

Onlar Ermənistanın Azərbaycana qarşı törətdiyi mina terroruna etiraz edir və sülhə çağırırlar.

Müxbir:İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Bel çantaları qadağan edildi

Aynur Camal

15 qeyri-qanuni mühacir tutuldu, 5 şübhəli həbs olundu

Kəmalə Sultan

Türkiyədə bir ilk: 68 yaşlı xəstəyə ağciyər transplantasiyası edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu