12 C
Baku
28 Mart 2024, 12:59
Baş xəbərDünya

Polşa Qara dəniz üzərində uçuşları dayandırdı

Frontex missiyası Rusiyanın Su-35 təyyarəsi ilə insidentdən sonra Qara dəniz üzərində uçuşları dayandırıb.

Bu barədə “Avropa həqiqəti”nə istinadən RMF FM (Radio Music Facts FM- Polşada ilk özəl radio stansiyadır) məlumat yayıb.

Bildirilib ki, Qara dənizdəki əməliyyata komandanlıq rumınlar tərəfindən həyata keçirilir. Və Rumıniya tərəfi sərhədçiləri uçuşların təhlükəsizliyinə təminat verənə qədər uçuşlar dayandırılır.

Xatırladaq ki, Rusiyaya məxsus Su-35 təyyarəsi beynəlxalq hava məkanında Qara dəniz üzərində Frontex-in himayəsi altında planlı patrul missiyasını yerinə yetirən Polşa Sərhəd Xidmətinə məxsus L410 TURBOLET təyyarəsini təhlükəli şəkildə ələ keçirib.

Polşa Sərhəd Xidmətinin sözçüsü Anna Miçalskaya izah edib ki, ikimühərrikli Rusiya Su-35 qırıcısı heç bir radio əlaqəsi olmadan Rumıniyanın təyin etdiyi əməliyyat zonasına uçub, bundan sonra aqressiv və təhlükəli manevrlər edib. Və bizim Polşa sərhəd təyyarəsi üçün böyük təlatümlə nəticələnib. Hadisə zamanı 5 polşalı sərhədçidən ibarət ekipaj müvəqqəti olaraq təyyarəyə nəzarəti itirib.

Rusiyaya məxsus döyüş təyyarəsi də sərhəd təyyarəsinin burnunun düz qarşısından uçaraq onun uçuş yolunu kəsib.

Polşa hökumətinin sözçüsü Piotr Müller Polşa sərhədçilərinin təyyarəsinin rus qırıcısı tərəfindən tutulmasını şərh edərək, bunun planlaşdırılmış təxribat olduğunu bildirib.

Mənbə: PravdaNews

Aynur Camal

Oxşar xəbərlər

890 qeyri-qanuni mühacir tutuldu

Kəmalə Sultan

Gəmiqayırma zavodunda yanğın oldu: 10 işçi tüstüdən zərər çəkdi

Bugün TV

Liviyanın Derna şəhəri palçığa batdı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu