Maraqlı faktlar

Pomidorlarda qaraciyəri qoruyan daha bir faydalı maddə aşkarlandı

Bugun.tv xəbər verir ki, ABŞ alimlərinin apardığı yeni araşdırma pomidorların tərkibində olan fitoen adlı birləşmənin qaraciyərdə təhlükəli piylənmədən qorunmağa kömək edə biləcəyini göstərib. Tədqiqatın nəticələri Molecular Nutrition & Food Science jurnalında dərc olunub.

Əvvəllər pomidorun əsas faydalı komponentlərindən biri kimi daha çox qırmızı piqment likopen tanınırdı. Yeni araşdırmada isə rəngsiz likopen sələfi olan fitoenin də qaraciyərin sağlamlığında mühüm rol oynaya biləcəyi müəyyənləşdirilib. Bu maddə qırmızı ilə yanaşı sarı və narıncı pomidorlarda, həmçinin kök, qırmızı bibər, qarpız və ərikdə də mövcuddur.

Alimlər təcrübəni siçanlar üzərində aparıblar. Heyvanlara altı ay ərzində yüksək karbohidratlı qida verilib. Siçanların bir hissəsinə insan üçün gündəlik 3–4 orta ölçülü pomidor və ya 100 qram pomidor pastasına uyğun miqdarda fitoen əlavə edilib. Nəticədə fitoen qəbul edən siçanlarda qaraciyərin piylənməsi digər qrupla müqayisədə daha zəif inkişaf edib.

Araşdırmaya görə, fitoen bağırsaq bakteriyalarına təsir göstərməyib. Bunun əvəzinə onun parçalanması nəticəsində yaranan maddələr qaraciyərdə artıq piylərin enerji üçün yandırılmasına kömək edən zülalları aktivləşdirib. Bununla belə, alimlər nəticələrin insanlar üzərində də təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.

Mənbə: Nauka Mail

Aynur Camal

Oxşar xəbərlər

Memar damını 7 min gil fincanla örtərək evi 5 dərəcə sərinlətdi

Aynur Camal

Futbol, qaçış və kəndirçəkmədə artıq humanoid robotlar yarışır

Aynur Camal

Çin internetində qəribə iddia: Tan sülaləsi heç vaxt mövcud olmayıb?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu