Digər

Portuqaliya tarixində ən güclü yanğınların yayılmasının qarşısı alınıb

Bugun.tv İspaniyanın “ABC” qəzetinə istinadla xəbər verir ki, Portuqaliyanın Milli Mülki Müdafiə İdarəsinin nümayəndəsi Telma Ferreyranın məlumatına görə, Koimbra, Quarda və Kastelo Branko rayonlarının yeddi bələdiyyəsində 11 gündür davam edən yanğın 64 min 451 hektar ərazini məhv edib. Təbiətin və Meşələrin Mühafizəsi İnstitutunun (ICNF) məlumatına görə, bu, Portuqaliyada indiyə qədər qeydə alınan ən böyük yanğındır. 2017-ci ilin oktyabrında baş vermiş bir meşə yanğını nəticəsində 53 min hektar ərazini məhv olmuşdu. Yanğına bir neçə ildırım vurması səbəb olub. Mülki müdafiənin məlumatına görə, bu yay İspaniya kimi dağıdıcı meşə yanğınlarından əziyyət çəkən Portuqaliya, nəhayət, bazar ertəsi rahat nəfəs ala bilib, çünki günlər ərzində ilk dəfə heç bir böyük yanğın qeydə alınmayıb.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu