29.5 C
Baku
12 Avqust 2026, 10:47
Digər

Praqada yeni vağzal – zamanın tələbi

Bugun.tv xəbər verir ki, yaxın vaxtlarda paytaxtda Praqa-Bubni vağzalının açılışı baş tutub. Vağzal Vatslav Havel adına hava limanından keçməklə Praqadan Kladnoya aparan yeni, müasir yolun dayanacaqlarından birinə çevrilib. Artıq bu gün Çexiya mediası bu ay açılmış dayanacağın əhəmiyyətindən yazır. Əgər hələ bir neçə il əvvəl şəhərdən hava limanına elektrik qatarı ilə getmək arzusu olduqca qeyri-real görünürdüsə, bu gün artıq reallığa çevrilir. Praqa-Bubni – Praqa-Vıstavışte dəmir yolu xəttinin müasirləşdirilməsi paytaxtı Mərkəzi Çexiya bölgəsinin ən iri şəhəri olan Kladno ilə birləşdirəcək layihə çərçivəsində həyata keçirilib. Yeni obyekt son 40 ildə Praqada açılan ilk vağzal olub. Praqa-Bubni dəmir yolu stansiyası tarixən bir neçə yüz metr kənarda yerləşib və bu bina bugünədək qorunub saxlanılıb.

Bugün TV

Oxşar xəbərlər

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Məhəmməd Əsədullazadə: Netanyahu Rusiyaya qarşı sanksiyalar məsələsində ABŞ siyasətinə təsir göstərə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu