“Praqa görüşündən öncə Brüssel danışıqları və dərhal sonra Rusya danışıqlarında müəyyən olunmuş plan marşurtlara əməl olunmadı və bu görüşlərin həm fonunda həmdə sonrasında Ermənistanın təxribatlara əl atdığının şahidi olduq.”
Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin katibi, politoloq Əziz Əlibəyli Bugün.tv-yə müsahibəsində deyib.
“14 sentyabrdan sonra Ermənistan Azərbaycan əleyhinə informasiya savaşına start verdi. Bu start çərçivəsində ABŞ- dan yüksək rütbəli şəxslər Ermənistana gəldi, Azərbaycan əleyhinə ifadələr verməyə başladı. Biz Avropalı siyasətçilədən də bu mövqeyi gördük. Ermənistanın N.Pelosinin gəlişinə qədərki qorxaq mövqeyi, 12,14 sentyabrdaki əməliyyatlarda məğlub olması ,Paşinyanın sülh anlayışı ilə bağlı tez -tez ifadələr işlətməsi onu göstərdiki, kifayət qədər bu reallıqlara bağlı sənədi imzalamağa hazırdı. Ama N.Pelosinin Ermənistana səfəri onu xilas etdi”.-deyə politoloq qeyd edib.
O, vurğulayıb ki, Ermənistan tərəfinə bir tezis ötürüldü ki bir az gözləmək lazımdı. Rusya-Ukrayna müharibəsinin gedişi dəyişir. Ukrayna bəzi torpaqlarını azad etməyə başladı .Belə bir qənaət yarandı ki bəlkə Ermənistanın asılı olduğu Rusya tarix səhnəsindən silinə və ya müharibədə məğlub olar. Beləliklə zəifləmiş Rusiya Qafqazı tərk edə bilər.Bunun alternativi kimi bölgəyə ABŞ, Fransa və başqa müttəfiqlər daxil ola bilər.
“Bu Paşinyanın simasinda Qərbdə olan müttəfiqlərin iştirakı ilə Qafqazı müharibə meydanına çevirmək ideyası doğurdu. Əgər Qafqazda güclü Rusiya yoxdursa Ermənistanın müttəfiqi kim ola bilər? Bu Iran və ya Fransa ola bilər. Fransa hərbiçilərini Azərbaycan Ermənistan sərhədinə yerləşdirilməsi ideyasını nəzərdən keçirir. Hətta bunu ABŞ-ın əsgəri varlığı kimi izah etməyə çalışır. Düşünürlər ki, noyabrın 8- də Amerika nümayəndələr palatasında seçkilər olacaq. Bu seçkilərə qədər Amerikanın indiki hakimiyyəti yəni demokrat partiyası Azərbaycan əleyhinə nifrət püskürür. Lobbi Azərbaycan əleyhinə fəaliyyət göstərir. Sanksiyaların ,qadağalrın tətbiq olunmasına çağırışlar var. Bunlar ən yüksək səviyyədədir. Bu günə qədər Ermənistan informasiya savaşını bu səviyyədə qura bilməmişdi. Prezident I.Əliyev Ağdamda açılışlar zamanı bunun cavabını verdi. Bildirdi ki, Azərbaycan əhalisi olan ermənilərlə bağlı qərarı Azərbaycan dövləti verir və biz heç bir xarici qüvvənin diktəsi ilə oturub durmuruq. Praqaya da bu görüşlə getdi.”-deyə politoloq bildirib.