Digər

Praqadakı “Rus Evi”nə Molotov kokteyli hücumu: hadisə araşdırılır

Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən “Rus Evi” mədəniyyət mərkəzi hücuma məruz qalıb.

Hadisə barədə məlumatı mərkəzin direktoru İqor Girenko verib. Onun sözlərinə görə, naməlum şəxslər binaya içərisində yanıcı qarışıq olan butulkalar – Molotov kokteylləri atıblar.

Girenko bildirib ki, ümumilikdə 6 ədəd Molotov kokteylindən 3-ü partlamayıb və bu, daha ciddi nəticələrin qarşısını alıb. Onun sözlərinə görə, hücum zamanı əsas hədəflərdən biri kitabxana pəncərələri olub.

Hadisənin TASS agentliyinə istinadən yayılmış məlumatda qeyd olunur ki, hücum 26 mart axşam saatlarında baş verib. Mərkəz rəhbərliyi hadisənin təsadüfi olmadığını iddia edir və bunun Rusiya mədəni tədbirlərinin keçirildiyi vaxta təsadüf etdiyini bildirir.

Girenko əlavə edib ki, hücumun nəticələri daha ağır ola bilərdi və hadisəni törədən şəxslərin məqsədinin mədəni obyektə zərər vurmaq olduğu ehtimal edilir.

Hadisədən sonra Çexiya hüquq-mühafizə orqanları və yanğınsöndürmə xidmətləri əraziyə cəlb olunub. Mərkəz rəhbərliyi isə istintaqın aparılacağına və məsul şəxslərin müəyyən ediləcəyinə ümid etdiyini açıqlayıb.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

SpaceX Falcon 9 raketinin üst mərhələsi Ay səthinə çırpılacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu