Image default
Digər

Prezident AQRAR EMAL müəssisəsinin açılışında iştirak etdi

“Azərbaycan iqtisadiyyatı üçün ən yaxşı xəbər yeni istehsal müəssisəsinin yaradılmasıdır. Xüsusilə də AQRAR EMAL (!!!) müəssisəsinin fəaliyyətə başlaması strateji əhəmiyyət daşıyır. İqtisadçılar bunun nə demək olduğunu, həyatın onlarla müxtəlif istiqamətinə olan faydasını yaxşı anlayır” – deyən iqtisadiyyatçı Eldəniz Əmirov öz sosial media hesabında bu gün cənab Prezident İlham Əliyevin İmişlidə AQRAR EMAL müəssisəsinin açılışında iştirakı barədə yazıb.

O qeyd edir ki, belə xəbərlər, yəni regionda açılan hər bir istehsal və emal müəssisəsi barədə yayılan xəbərlər və sujetlər, əslində, ölkə iqtisadiyyatı üçün ən yaxşı xəbərlərdən və ən dəyərli sujetlərdən biridir.

Çünki yeni yaradılan real iqtisadi dəyər ölkə üçün hava-su kimi vacibdir. Regionda bir emal müəssisəsinin açılması regional məşğulluğu dəstəkləyir, qeyri-neft iqtisadi artımına təkan verir, sosial rifahı gücləndirir və dayanıqlı inkişaf üçün mühüm baza yaradır.

Bunlar öz yerində. Amma məsələ təkcə iqtisadi deyil, hər açılan regional (emal və istehsal) müəssisə bütün ölkənin həyatına təsir edir, hətta paytaxt küçələrində tıxac artımının tempini azaldan amilə çevrilir.

Aynur Camal

Oxşar xəbərlər

Hostinq və domen nədir?

Teymur Əziz

Dərman çatışmazlığı rekord həddə çatdı

Aynur Camal

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu