25 C
Baku
3 İyul 2025, 12:03
Baş xəbərDünya

Prezident Bayden namizədliyini irəli sürməyi planlaşdırır

Bugun.tv xəbər verir ki, Amerika Prezidenti Co Bayden namizədliyini irəli sürmək niyyətindədir.

“New York Times” qəzetinin məlumatına görə, bu bəyanatın gələn çərşənbə axşamı video mesajla elan olunma ehtimalı var. Prezident Bayden aylardı ki, ikinci müddətə namizədliyini irəli sürməyi düşünürdü. Lakin, xüsusilə Demokrat namizədlər ara seçkilərdə gözlənildiyindən yaxşı çıxış etdikdən sonra, bu açıqlama onun komandasının tələbi ilə təxirə salındı.

Digər tərəfdən, Ağ Evdəki ekspertlər, Respublikaçılar namizədlik yarışında bir-biri ilə mübarizə apararkən Baydenə siyasi çəkişmələrdən uzaq durmağı tövsiyə ediblər.

Qeyd edək ki, 80 yaşlı Bayden yenidən namizədliyini elan edərsə, ikinci müddətinin sonunda 86 yaşı tamam olacaq.

Nigar Məmmədova

Oxşar xəbərlər

Şuşada Qlobal Media Forumunun açılış mərasimi keçirildi 

Kəmalə Sultan

Ticarət mərkəzində 2 müsəlman qadına hücum edən qadın saxlanıldı

Aynur Camal

“Bayram qalası” günləri keçiriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu