Baş xəbər

Prezident Ərdoğan Cənubi Afrika Respublikasının Prezidenti ilə görüşüb

Bugun.tv xəbər verir ki, Prezident Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının keçirildiyi Nyu Yorkda Cənubi Afrika Respublikasının Prezidenti Ramafosa ilə görüşüb.

Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasına qatılmaq üçün getdiyi Nyu Yorkda prezident Rəcəb Tayyib Ərdoğanın gərgin iş qrafiki davam edir.

Prezident Rəcəb Tayyib Ərdoğan Nyu Yorkdakı Türkevidə Cənubi Afrika Respublikasının Prezidenti Matemala Cyril Ramaphosa ilə görüşüb.

Görüş zamanı Türkiyə ilə Cənubi Afrika Respublikası arasında ikitərəfli və çoxtərəfli səviyyələrdə mövcud güclü əlaqələrin daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar, iki ölkəni maraqlandıran regional və qlobal məsələlər müzakirə edilib.

İclasda xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömər Bolat, MİT sədri İbrahim Kalın, Prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.

Bugün TV

Oxşar xəbərlər

Robotlar üçün qeyri-adi “uşaq bağçası” açıldı

Aynur Camal

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik sammitinə ev sahibliyi edir

Aynur Camal

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu