Vüqar Bayramov, TRIPP layihəsi, Tramp Marşrutu, Azərbaycan-Ermənistan münasibətləri, Cənubi Qafqazda sülh, Ermənistanın yeni Konstitusiyası, regional nəqliyyat dəhlizi, iqtisadi əməkdaşlıq
Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov TRIPP layihəsinin tikintisinin niyə yubandığını açıqladı

Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) tikintisinin yubanmasının səbəbləri ilə bağlı fikirlərini sosial media hesabında bölüşüb.

Deputatın sözlərinə görə, Ermənistanda keçirilən son parlament seçkilərindən sonra Cənubi Qafqazda sülh gündəliyinin daha da möhkəmlənəcəyi gözlənilsə də, son dövrlər rəsmi İrəvanın prosesi ləngitməsi müşahidə olunur.

Vüqar Bayramov bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilədək imzalanması ilə bağlı açıqlaması yaxın zamanda dayanıqlı və institusional sülhün əldə olunmasına dair suallar yaradır. Eyni zamanda, Ermənistanın yeni Konstitusiyası layihəsinin hələ də geniş ictimaiyyətə təqdim edilməməsi də sülh prosesinin gələcəyi ilə bağlı tərəddüdləri artırır.

Deputat qeyd edib ki, Azərbaycan beynəlxalq norma və prinsiplərə uyğun olaraq, milli maraqlarını əsas götürən sülh siyasətini davam etdirir. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin 18 milyon dolları ötməsi və Azərbaycan ərazisi vasitəsilə Ermənistana yükdaşımaların davam etməsi Bakının sülh gündəliyinə sadiqliyini göstərir.

Vüqar Bayramovun fikrincə, rəsmi İrəvanın bir tərəfdən Azərbaycanla iqtisadi əlaqələri genişləndirməyə hazır olduğunu bəyan etməsi, digər tərəfdən isə revanşist qüvvələri dəstəkləməsi sülh siyasətinin səmimiliyi ilə bağlı suallar doğurur.

Deputat TRIPP layihəsi ilə bağlı məsələlərə də toxunaraq bildirib ki, tikinti işlərinin həyata keçirilməsi üçün tenderlər barədə məlumatın olmaması və podratçının hələ müəyyənləşdirilməməsi diqqət çəkir. Onun qənaətinə görə, Ermənistanın institusional sülhə hazır olmaması layihənin icrasının yubadılmasına səbəb olan amillərdən biridir.

Bayramov vurğulayıb ki, TRIPP kimi regional əhəmiyyətli layihənin gecikməsi Ermənistanın özü üçün də iqtisadi imkanların itirilməsi deməkdir. O qeyd edib ki, belə təşəbbüslərin reallaşdırılması prinsipial qərarlar və qətiyyətli addımlar tələb edir. Razılaşdırılmış gündəliyin dəyişəcəyinə ümid edərək regionda yeni siyasi şəraitin gözlənilməsi isə təkcə TRIPP-in icrasını ləngitməyə, həm də bütövlükdə sülh gündəliyinə olan etimadı zəiflətməyə səbəb ola bilər.

Aynur Camal

Oxşar xəbərlər

Texnologiya səhmlərinin ucuzlaşması qlobal bazarlara təsir etdi

Aynur Camal

Yaxın Şərqdə gərginlik neftin qiymətini 112 dollardan yuxarı qaldırdı

Aynur Camal

Siyasi ekspert: ABŞ-ın Zelenskiyə təzyiqləri Ukraynanın gələcəyinə təsir edə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu