32 C
Baku
24 İyul 2024, 19:21
Dünya

Prezident Ermənistanla sülh prosesini dəyərləndirib

Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla imzalanmış sülh sazişinin əsas şərtinin Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan konstitusiyasının dəyişdirilməsi olduğunu və buna nail olunmayana qədər sazişi imzalamayacaqlarını bəyan edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Kanadanın Bakıdakı yeni səfiri Kevin Hamilton etimadnaməni Əliyevə təqdim edib.

Etibarnaməni qəbul edən Əliyev səfir Hamiltonla söhbət edib.

Səfir Hamilton bəyan edib ki, Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişi imzalanacağı təqdirdə ölkəsinin həm Azərbaycan, həm də Ermənistanla münasibətləri daha da inkişaf edəcək.

Hamilton Kanadanın hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Əliyev isə Ermənistanla imzalayacaqları sülh müqaviləsinin Azərbaycanın heç bir ölkə ilə münasibətlərində mühüm rol oynaya biləcəyini düşünmədiyini qeyd edib.

Azərbaycanla Avropa İttifaqının 10 ölkəsi arasında strateji tərəfdaşlıq bəyannaməsi imzalandığını və bu imzaların çoxunun 2-ci Qarabağ müharibəsindən əvvəl imzalandığını bildirən Əliyev, “Bu baxımdan Ermənistanla Azərbaycan arasında sülh sazişinin olmaması heç bir əsas ola bilməz” deyib.

İşğal dövründə bəzi dövlətlərin Ermənistanın işğalı ilə bağlı səssiz qaldığını və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmədiyini xatırladan Əliyev belə davam edib:

“İndi biz işğalçı Ermənistan ordusunu döyüş meydanında məğlub edib torpaqlarımızdan qovduqdan sonra bu dövlətlərdən bizim ərazi bütövlüyümüzü dəstəklədikləri barədə bəyanatlar eşidirik. Artıq kiminsə ərazi bütövlüyümüzü tanıyıb-tanımamasının əhəmiyyəti yoxdur. Bu bəyanatlar torpaqlarımız işğal altında olanda vacib idi”.

Həmçinin Əliyev Ermənistanla sülh prosesinə toxunaraq deyib:

“Bu, vaxt aparacaq və təbii ki, sülh sazişinin əsas şərti Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Çünki orada Azərbaycana qarşı ərazi iddiaları var və buna nail olunmayana qədər sülh sazişi imzalanmayacaq. Biz kifayət qədər sürətlə irəliləyirik. Məncə, sülh müqaviləsinin mətni, heç olmasa onun əsas prinsipləri üzərində işi bir neçə ay ərzində yekunlaşdıra bilərik”.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Aynur Camal

Zelenski Qərblə – Herşlə gizli danışıqlarına görə Zalujnini işdən çıxarmaq istəyir

Kəmalə Sultan

Bayden İsrailin baş nazirini ədəbsizcə söydü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu