Baş xəbərSiyasət

Prezident İlham Əliyev BƏƏ-ə işgüzar səfərə gedib-YENİLƏNİB

17.50

Səfər çərçivəsində iki ölkənin əlaqələrinin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlığın önəmi qeyd edilib.

  Dövlətimizin başçısı səfərə dəvətə görə minnətdarlığını bildirib, BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu deyib.

  Eyni zamanda Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

16.23

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.

Bugun.tv.-nin Prezident.az saytından əldə etdiyi məlumata əsasən Əbu-Dabi Prezident Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər qarşılayıblar.

Aynur Camal

Oxşar xəbərlər

Qum midyesi ilə tutulan şəxsə pul cəzası kəsildi

Aynur Əfəndi Zadə

“Sülhdən başqa yol mövcud deyil”

Aynur Camal

8 vilayətdə saxta içki əməliyyatı: 50 nəzarətə alındı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu