25 C
Baku
27 İyul 2024, 4:42
Baş xəbər

Prezident İlham Əliyev Şabranda Hindistan təbabət kompleksini açıb

Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şabran rayonunda “Şabran” İstirahət Kompleksinin açılışında iştirak ediblər.

Bugun.tv-e Prezidentin saytında yer alan məlumata istinadən xəbər verir ki, kompleks Pirəbədil kəndində 12,6 hektar sahədə yerləşir. Otel müxtəlif kateqoriyalı 119 nömrədən, birmərtəbəli 10, ikimərtəbəli 20 kottecdən ibarətdir.

“Şabran” İstirahət Kompleksi

Kompleks Azərbaycanda Hindistanın qədim təbabət sistemi – Ayurveda ilə müalicə metodlarını tətbiq edən ilk istirahət mərkəzidir. Burada peşəkar Pançakarma (toksinlərdən azadolma) mütəxəssisləri tərəfindən Hindistan ənənələri əsasında xüsusi orijinal terapiya metodları təklif edilir.

“Ayurveda Spa” mərkəzində gözəllik salonu, 6 prosedur otağı, fin saunası, buxar otağı, istirahət zonası və qapalı hovuz vardır. Burada, həmçinin fitnes və yoqa ilə məşğul olmaq üçün hər bir şərait yaradılıb. Mərkəzdə şəfalı Pançakarma prosedurları, Pranayama seansları, yoqa və həyat tərzi üzrə təlimlər təşkil olunacaq.

Oteldə işgüzar görüşlər, konfranslar və xüsusi tədbirlər üçün 180 nəfərlik “Bayatı” və “Şiraz” konfrans zalları yaradılıb. Həm də yaradıcılıq mərkəzi kimi xidmət göstərəcək kompleksdə bəstəkarlar, yazıçılar və rəssamlar üçün kotteclər də nəzərdə tutulub.

Sevinc Sadıqova

Oxşar xəbərlər

Yeşilyurt Bələdiyyəsinə edilən usulsüzlük istintaqında 7 həbs olundu

İntizar Əmirova

Baş verən yol qəzasında 1 nəfər ölüb, 5 nəfər yaralandı

İntizar Əmirova

Sahibsiz itlər 12 qoyunu öldürdü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu