Bugun.tv xəbər verir ki, Prezident İlham Əliyevin 7 avqust tarixli Fərmanı ilə Azərbaycan Respublikası Media və Yayım Şurasının Aparatının strukturu təsdiqlənib.
Fərmana əsasən, Şuranın Aparatı şöbə və sektorlardan ibarət olacaq. Yeni struktur media və yayım sahəsində dövlət siyasətinin həyata keçirilməsi, Şuranın fəaliyyətinin təşkili, media subyektləri ilə işin əlaqələndirilməsi və qanunvericiliklə müəyyən edilmiş digər vəzifələrin icrasını təmin etməyə xidmət edəcək.
Qeyd edək ki, Media və Yayım Şurası “Media haqqında” qanuna edilən son dəyişikliklərdən sonra bu sahədə səlahiyyətli dövlət orqanı kimi fəaliyyət göstərəcək.
Mənbə: prezident.az
