Baş xəbər

Prezident İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə rəsmi sosial media hesabında paylaşım edib.

Dövlət başçısının paylaşımında “15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü” sözləri və mövzu ilə bağlı fotoşəkil yer alıb.

Qeyd edək ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilərək ölkədə siyasi sabitliyin və dövlətçiliyin qorunmasının əsasını qoyub. Həmin tarix sonradan Milli Qurtuluş Günü kimi təsis edilib və hər il ölkəmizdə qeyd olunur.

Aynur Camal

Oxşar xəbərlər

Antiperspirantlarla bağlı şok iddialar: Döş xərçəngi və Alzheimer xəstəliyinə səbəb olur!

Elnarə Dərziyeva

Ruhlar həqiqətən mövcuddur? Son elmi araşdırmalar nə göstərir?

Bugün TV

Oyun zamanı meydançaya ildırım düşdü: Bir futbolçu həyatını itirdi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu