Qazaxıstan bayrağı
Baş xəbər

Prezident İlham Əliyev Qazaxıstanın yeni konstitusiyası referendumunu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım‑Jomart Tokayevi yeni konstitusiya üzrə keçirilmiş referendumun uğurla başa çatması münasibətilə təbrik edib.

Prezident İlham Əliyevin təbrik məktubunda qeyd olunub ki, referendumun nəticəsi Qazaxıstan xalqının birliyinin və milli iradəsinin bariz ifadəsidir və Kasım‑Jomart Tokayevin ölkənin rifahı naminə yürütdüyü siyasətə olan etimadın göstəricisidir. İlham Əliyev vurğulayıb ki, yeni konstitusiyanın qəbulu Qazaxıstanın siyasi sisteminin modernləşdirilməsi və idarəetmə modelinin təkmilləşdirilməsi istiqamətində mühüm addımdır və bu, ölkənin beynəlxalq mövqeyini daha da gücləndirəcək.

Prezident həmçinin Azərbaycan-Qazaxıstan əlaqələrinin strateji tərəfdaşlıq və müttəfiqlik əsasında yüksələn xətt üzrə inkişaf etməyə davam edəcəyinə əminliyini bildirib. İlham Əliyev Kasım‑Jomart Tokayevə ali dövlət fəaliyyətində yeni uğurlar, Qazaxıstan xalqına isə daim əmin-amanlıq və firavanlıq arzulayıb.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: İran Azərbaycana nümayiş etdirdiyi davranışın cavabını almalıdır

Aynur Camal

Məhəmməd Əsədullazadə: Türk Birliyinin hərbi müstəvidə təşkilatlanması mərhələsinə start verildi

Aynur Camal

Dünyada Müəllimlər Günü qeyd olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu