23 C
Baku
19 Sentyabr 2026, 22:52
DünyaHadisə

Prezident müalicə üçün Hindistana aparıldı

Bugun.tv xəbər verir ki, söhbət Nepal prezidenti Ram Çandra Poudeldən gedir. O,  ağciyər infeksiyasının müalicəsi üçün Hindistanın paytaxtı Yeni Dehliyə aparılıb.

Bu barədə Nepal Prezident Aparatının rəsmisi Hindistanın Asia News International xəbər agentliyinə danışıb. O, bildirib ki, Poudel təcili yardım təyyarəsi ilə Yeni Dehliyə göndərilib.

Rəsmi bildiri ki, təngnəfəslik və huşunu itirmə şikayətləri ilə Nepalda dövlət xəstəxanasına aparılan Poudelin oradakı müalicələrinə heç bir reaksiya verilməyib. Bu səbəbdən onun Hindistana köçürülməsinə qərar verilib.

Poudel Yeni Dehlidəki Tibb Elmləri İnstitutunda  müalicə alacaq.

Xatırladaq ki, Poudel martın 13-də Bundestaqın və ştatın qanunverici orqanlarının üzvləri tərəfindən seçilərək ölkənin 3-cü prezidenti vəzifəsinə başlayıb.

Qeyd edək ki, son 10 ildə 8 hökumətin fəaliyyət göstərdiyi Nepal tez-tez siyasi qeyri-sabitlik və hökumət dəyişiklikləri ilə gündəmə gəlir.

Nepalda 239 illik monarxiya 2007-ci ilin dekabrında ləğv olunub və 2008-ci ilin mayında respublikaya keçid edilib.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Rusiya Ermənistandakı şirkətləri ilə bağlı xəbərdarlıq etdi

Aynur Camal

Avropa banklarının ABŞ bankları ilə rəqabəti üçün böyüməsi tələb olunur

Aynur Camal

Aİ enerji şirkətlərinə əlavə vergi tətbiqini müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu