Image default
Dünya

Prezident seçkilərinin ikinci turu üçün səsverməyə gedildi

Litvada insanlar prezident seçkilərinin ikinci turu üçün səsverməyə gedirlər.

Mayın 12-də Litvada keçirilən prezident seçkiləri heç bir namizədin 50 faizdən çox səs toplamaması səbəbindən ikinci tura buraxılıb.

Litva xalqı növbəti 5 il ərzində ölkəni idarə edəcək prezidenti seçmək üçün növbəti dəfə seçkiyə gedir.

Ölkədə qeydiyyatdan keçmiş 2,4 milyon seçici 60 yaşlı hazırkı prezident Gitanas Nauseda və baş nazir İnqrida Simonyte arasında seçim edəcək.

Səsvermə yerli vaxtla saat 07.00-da başlayacaq və 20.00-da başa çatacaq. Nəticələrin sabah Ali Seçki Komissiyası tərəfindən açıqlanması gözlənilir.

Ukraynaya dəstəyi ilə tanınan 60 yaşlı Nauseda seçkidə favorit kimi görünür.

Birinci turda Gitanas Nauseda 44,81 faiz, baş nazir İnqrida Simonyte isə 19,50 faiz səs toplayıb.

2020-ci ildə baş nazir vəzifəsinə təyin edilən Simonyte və 2019-cu ildən prezident olan Nauseda 2019-cu ildə də üz-üzə gəlib. Nauseda 66 faiz səslə seçkilərdə qalib gəlib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Xəzər dənizi son 30 ildə 7,4 faiz kiçilib – alimlər peyk görüntüləri ilə təhlükəli dəyişiklikləri açıqlayıblar

Aynur Camal

Əlcəzairdə uşaq evində baş verən yanğında 11 nəfər ölüb

Aynur Camal

İki qayığın batması nəticəsində 500-dən çox rohincanın həlak olduğu ehtimal edilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu