13 C
Baku
22 Aprel 2026, 11:26
Digər

Prezident Zelenski: Rusiyalılar görüşün baş tutmaması üçün əllərindən gələni edirlər

Bugun.tv xəbər verir ki, bu barədə Zelenski NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransı zamanı bildirib. “Müharibəni başa vurmaq üçün məsələ məhz liderlər səviyyəsində həll olunmalıdır. Amma biz indi görürük ki, rusiyalılar görüşün olmaması üçün əllərindən gələni edirlər”, – deyə Zelenski bildirib. Prezident qeyd edib ki, Ukrayna Rusiyadan fərqli olaraq liderlərlə heç bir görüşdən qorxmur. “Biz mümkün qədər məhsuldar işləməyə hazırıq. Ümid edirik ki, tərəfdaşlarımız Rusiya tərəfinin heç olmasa minimal məhsuldar mövqeni təmin etməyə kömək edəcəklər”, – deyə Prezident əlavə edib.

Bugün TV

Oxşar xəbərlər

Yunanıstanda İsrailə qarşı etirazlar artır

Aynur Camal

Aİ Türkiyə ilə bağlı açıqlamada geri addım atdı: “Təsirini nəzərə alırıq”

Aynur Camal

Trampdan İranla bağlı sərt açıqlama: “Blokada aradan qaldırılsa, razılaşma mümkün olmaz”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu