Baş xəbərSiyasət

Prezidentdən böyük amnistiya: 20 minə yaxın məhkuma şans

Bugun.tv– xəbər verir ki, Prezident İlham Əliyev 20 minə yaxın məhkumu əhatə edəcək amnistiya aktı imzalayıb.

Bu barədə öz sosial media hesabında açıqlama verən siyasi ekspert Məhəmməd Əsədullazdə qeyd edib ki, bu amnistiya aktı yeni bir mərhələ kimi qiymətləndirilə bilər.

“Ölkədə real siyasi və hüquqi islahatların aparılması və sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində addımlar atılması labüddür.

Bu addım həm daxili siyasətdə, həm də beynəlxalq müstəvidə Azərbaycanın mövqeyini gücləndirə bilər. Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi, Qərblə normal münasibətlər sisteminə üstünlük verilməsi və Rusiyanın Ukraynada zəifləməsi fonunda Azərbaycan öz milli maraqlarına uyğun siyasət yürütməlidir”.

Məhəmməd Əsədullazadə həmçinin vurğulayıb ki, ölkənin Rusiya və İran kimi qonşularla sərhəd olması, həmçinin xarici təsirlərin artdığı şəraitdə, amnistiyadan sonra müxtəlif sahələrdə fundamental qərarların qəbul olunması qaçılmazdır.

Aynur Camal

Oxşar xəbərlər

İran şahının oğlu ABŞ-ni Tehrana qarşı qəti addımlara çağırdı

Aynur Camal

Məhəmməd Əsədullazadə: Ermənistanda seçkilərin əsas mövzusu müharibə və sülh məsələsidir

Aynur Camal

Üç günlük atəşkəs Rusiyanın Ukraynaya yeni hücum dalğası ilə başa çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu