Dünya

Psixoloq: Niyə bağda işləmək artıq sevinc gətirmir?

Psixoloq bağda işin vaxt keçdikcə niyə yorucu və sevincsiz hala gəldiyini izah edib.

Mail.ru Health-in məlumatına görə, mütəxəssis deyir ki, ilkin mərhələdə bağ-bağça işi insanlara istirahət və məhsuldarlıq hissi verir. Təzə hava, fiziki fəaliyyət və öz əllərinlə yetişdirdiyin məhsul beyində dopamin ifrazını artırır.

Lakin zamanla bu proses rutinə çevrilir. Məcburiyyət hissi yaranır: “otları təmizləməlisən, suvarmalısan, məhsul yığmalısan”. İnsan istirahət üçün getdiyi yerə artıq “borc” kimi baxmağa başlayır. Nəticədə sevinc yerini gərginlik və yorğunluq alır.

Psixoloqun tövsiyəsi belədir: bağda işi məcburiyyətə çevirməyin. Həftədə 1-2 saat öz zövqün üçün nə isə əkmək, qalan vaxtı isə sadəcə istirahət etmək lazımdır. Əsas məqsəd məhsul deyil, prosesdən zövq almaq olmalıdır.

Əks halda bağ “ikinci iş”ə çevrilir və psixoloji tükənməyə səbəb olur.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

BMT: Dünyada 117 milyondan çox insan məcburi köçkün vəziyyətindədir

Aynur Camal

Haaretz: Netanyahu hökuməti İsrailin ABŞ-dakı nüfuzuna zərər vurub

Aynur Camal

Papa XIV Leo: Texnologiya insanın xidmətində olmalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu