1 C
Baku
14 Yanvar 2025, 3:20
Baş xəbərDünya

Putin: “ABŞ Yaxın Şərqdə aktiv və aqressiv hərəkət edir”

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Yaxın Şərqdə aqressiv davrandığını ifadə edərək, “Bu, bölgədəki müqavimət qüvvələrinin reaksiyasına səbəb olur. İqtisadiyyat və logistika yolları zədələnir” deyib.

Putin Rusiyada Bank VTB-nin təşkil etdiyi “Rusiya zəng edir” beynəlxalq investisiya forumunda iştirak edib.

Forumda çıxış edən Putin bildirib ki, Qərb Rusiyanı iqtisadiyyat sahəsində strateji cəhətdən məğlub etməyə çalışıb, lakin bu baxımdan uğursuz olub.

Qərb siyasətçilərinin Rusiya ilə əməkdaşlıq edən ölkələrə təzyiq etdiyini və onları sanksiyalarla hədələdiyini bildirən Putin, “Dünya dəyişir və hər şey istədiyi kimi getmir. Onlar (Qərb siyasətçiləri) öz gücləri ilə çoxqütblü dünya nizamının formalaşmasını sürətləndirirlər” deyib.

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın “BRİKS ölkələri yeni valyuta yaratmayacaqlarını öhdələrinə götürməsələr və dollardan uzaqlaşmağa cəhd etməsələr, 100 faiz gömrük rüsumu ilə üzləşəcəklər” açıqlamasını dəyərləndirərək, Putin dünyanın dəyişdiyini qeyd edib.

Putin, “Tramp 4 il Ağ Evdə olmadı. Bu müddət ərzində dünyada və Amerika iqtisadiyyatında dəyişikliklər oldu. Trampın siyasi rəqibləri dünyanın ehtiyat valyutası olan dolların əsaslarını sarsıtmaq üçün çox şey etdilər” deyib.

ABŞ-ın Yaxın Şərqdəki hərəkətlərini dəyərləndirən Putin, “ABŞ Yaxın Şərq bölgəsində aktiv və kifayət qədər aqressiv davranır. Bu, bölgədəki müqavimət qüvvələrinin reaksiyasına səbəb olur. İqtisadiyyat və logistika yolları zədələnir. Bir çoxları nəqliyyatçılar öz gəmilərini Afrika ətrafında göndərməyə başladılar” deyib.

Qərb ölkələri ilə münasibətlərin yaxşılaşacağına ümid etdiyini deyən Putin “bu, qaçılmaz bir prosesdir” deyə vurğulayıb.

 “İranla münasibətlər sabit və təhlükəsizdir”

Rusiya və İran arasında münasibətlərə toxunan Putin, ikitərəfli əlaqələrin sabit və təhlükəsiz şəkildə inkişaf etdiyini bildirib və “Əminəm ki, bu ilin sonunda ikitərəfli ticarət həcmində (logistika, enerji, sənaye və təhlükəsizlik) artım olacaq” deyib.

Vladimir Putin yaxın vaxtlarda İranla hərtərəfli əməkdaşlıq sazişi imzalayacaqları barədə məlumat paylaşıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Avtobus idarəetmədən çıxaraq evin divarına çırpılaraq dayandı: 8 nəfər yaralandı

Bugün TV

6,6 bal gücündə zəlzələ baş verdi

Aynur Camal

Azərbaycanda güclü zəlzələ oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu