Baş xəbər

Putin Ramazan bayramı münasibətilə müsəlmanları təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ramazan bayramı münasibətilə təbrik mesajı yayımlayıb.

O, mesajında Rusiyada yaşayan müsəlman icmasına müraciət edərək bildirib:

“Rusiyanın dəyərli müsəlman vətəndaşlarını Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm”.

Putin qeyd edib ki, müsəlmanların öz tarixi və mənəvi irsinə göstərdiyi hörmət, bayramın həm ailə daxilində, həm də icmalar səviyyəsində böyük coşqu ilə qeyd olunması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, müsəlman təşkilatları ailə institutunun möhkəmləndirilməsi və gənc nəslin mənəvi dəyərlərlə yetişdirilməsi istiqamətində mühüm rol oynayır.

Müsəlman hərbçilərə təşəkkür

Rusiya lideri mesajında ölkə ordusunda xidmət edən müsəlman hərbçiləri də xüsusi qeyd edib.

Putin bildirib ki, Rusiyanın azadlığı və müstəqilliyi uğrunda döyüşən, cəsarətlə mübarizə aparan müsəlman əsgərlərə və onların ailələrinə təşəkkür edir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Səfəvilər Azərbaycan dövlətidir, bu tarixə sahib çıxmalıyıq

Aynur Camal

“Birgə İnvestisiya Fondunun kapitalının artırılması sahibkarlar üçün yeni imkanlar yaradacaq”

Aynur Camal

Kəlbəcərdə yerləşən hərbi hissədə hüquqi maarifləndirmə məqsədilə monitorinq keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu