Bugun.tv xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Qara dənizdə Rusiya mülki infrastrukturuna və ticarət gəmilərinə zərbələr endirdiyini bildirib.
Putin jurnalistlərə açıqlamasında Ukrayna ordusunun yay aylarından etibarən Rusiyanın neft emalı zavodlarına hücumlar etdiyini və iyun ayında 40 günlük əməliyyata başladığını elan etdiyini deyib.
Rusiya Prezidenti bildirib ki, hücumlar nəticəsində Rusiyaya müəyyən itkilər dəyib. Onun sözlərinə görə, Ukrayna tərəfi həmçinin Rusiyanın Qara dəniz sahillərində dəniz blokadası yaratmağa cəhd göstərib.
Putin Ukrayna ordusunun Rusiya və xarici bayraqlar altında üzən 100-dən çox gəmiyə zərər vurduğunu iddia edib.
“Bəli, biz bütün bunları bərpa etdik”, – deyə Rusiya Prezidenti bildirib.
Putinin sözlərinə görə, Qara dənizdə Rusiya mülki infrastrukturuna və ticarət gəmilərinə qarşı hücumlara ilk başlayan tərəf Ukrayna olub.
Mənbə: TASS
