Dünya

Putin: Strateji nüvə qüvvələrimizi inkişaf etdirməyə davam edəcəyik

Bugun.tv xəbər verir ki, Vladimir Putin ölkəsinin strateji nüvə qüvvələrini modernləşdirməyə və inkişaf etdirməyə davam edəcəyini açıqlayıb.

Rusiya prezidenti bu barədə Moskva İstilik Texnologiyaları institutunun 80 illik yubiley tədbirində çıxışı zamanı danışıb.

Putin institut əməkdaşlarının Rusiyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib. O qeyd edib ki, müəssisə gələcək onilliklər üçün raket sistemləri məktəbi formalaşdırıb.

Rusiya liderinin sözlərinə görə, institut quru və dəniz bazalı bərk yanacaqlı nüvə raket sistemlərinin əsas yerli istehsalçısıdır. O vurğulayıb ki, müdafiə sənayesi müəssisələrinin birgə fəaliyyəti nəticəsində dünya səviyyəsində tanınan strateji raket sistemləri hazırlanaraq istifadəyə verilib.

Putin bildirib ki, “Topol-M”, “Yars” və “Bulava-30” sistemləri Rusiyanın nüvə üçlüyünün əsasını təşkil edir. Onun sözlərinə görə, hazırlanmış mobil ballistik raket sistemləri hazırda döyüş növbətçiliyindədir və Ukraynadakı “xüsusi hərbi əməliyyat” zamanı effektiv şəkildə istifadə olunur.

Rusiya prezidenti əlavə edib ki, ölkə bütün müasir və gələcək raketdən müdafiə sistemlərini aşa biləcək, daha güclü döyüş imkanlarına malik raket kompleksləri yaratmaq niyyətindədir.

Qeyd edək ki, Rusiya bir gün əvvəl qitələrarası “Sarmat” ballistik raketini sınaqdan keçirib. Putin “Sarmat”ın dünyanın ən güclü raket sistemlərindən biri olduğunu və 35 min kilometrdən çox uçuş məsafəsinə malik olduğunu bildirib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Nikol Paşinyan: “Xəyal dünyamızdan çıxıb reallıqları görməliyik”

Aynur Camal

Kömürü qaza çevirməyi hədəfləyən 3,9 milyard dollarlıq layihəyə start verildi

Aynur Camal

Lavrov və Cayşankar Nyu-Dehlidə strateji tərəfdaşlığı müzakirə ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu