16 C
Baku
27 Aprel 2025, 4:47
DünyaSiyasət

Putin: “Trampın araşdırma prosesi Amerika siyasi sisteminin çürük olduğunu göstərir”

Bugun.tv xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın keçmiş Prezidenti Donald Trampa qarşı ölkəsində başladılan istintaq prosesinin siyasi motivli olduğunu bəyan edib. Putin, “Bu gün ABŞ-da baş verənlər, məncə, bizim üçün yaxşı inkişafdır. Bu, başqalarına demokratiya öyrətmək haqqı qazanmayan Amerika siyasi sisteminin çürüklüyünü göstərir”, – deyib.

Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda iştirak etdiyi əsas sessiyada Rusiya iqtisadiyyatı və qlobal hadisələrdən danışıb.

Rusiya rublunun xarici valyutalar qarşısında son ucuzlaşmasının narahatlıq doğurmadığını qeyd edən Putin, “Bu, təbii ki, Rusiya Mərkəzi Bankının və Rusiya hökumətindəki maliyyə qurumlarının diqqətli araşdırmasını tələb edən bir məsələdir. Amma ümumiyyətlə, mən hesab etmirəm ki, burada həlli mümkün olmayan problem və ya çətinlik var”, – söyləyib.

Rusiyada özəl müəssisələrin milliləşdirilməsi prosesinin olmayacağını vurğulayan Putin, “Rusiya şirkətləri son dərəcə məsuliyyətli davranırlar. Məşğulluğu qoruyurlar və yeni tədarük zəncirləri qururlar. Müsadirə prosesi olmayacaq, bunu əminliklə deyə bilərəm. Prokurorluq müəyyən sahələrdə müəyyən şirkətlər üzərində iş aparır” və hüquq-mühafizə orqanlarının müəyyən situasiyalarda iqtisadiyyatda baş verənləri proqnozlaşdırmaq hüququ var”, – əlavə edib.

Bugün TV

Oxşar xəbərlər

Əsgərlikdən yayınmaq üçün seçdiyi üsul insanı heyrətə gətirdi!

Aynur Camal

Argentina BRİKS-ə üzv olmaq üçün müraciət etdi

Nigar Məmmədova

Gənclər yüksək qiymətlərdən yaranan stressdən düşünmədən pul xərcləməyə başlayıblar

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu