Vladimir Putin Ukraina ilə sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan edib.
Rusiya Prezidenti bildirib ki, mümkün danışıqların əsasını 2022-ci ildə İstanbulda keçirilən müzakirələr təşkil edə bilər. O, həmin formatın tərəflər arasında ən real razılaşma mərhələsinə yaxın proses olduğunu qeyd edib.
Putin həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün hazırkı mərhələdə “mənalı olmadığını” bildirsə də, diplomatik kanalların açıq saxlanmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, Rusiya və Ukraina arasında müharibə 2022-ci ilin fevralından bəri davam edir və İstanbul danışıqları münaqişənin dayandırılmasına ən yaxın mərhələlərdən biri kimi qiymətləndirilir.
Mənbə: Ensonhaber
