11 C
Baku
20 Mart 2023, 23:49
Baş xəbərDünya

Bakı, İrəvan və Moskva arasında üçtərəfli razılaşmaların icrası müzakirə edilib

Kremlin mətbuat xidməti məlumatına görə, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlərin icrasını müzakirə ediblər.

Bugun.tv xəbər verir ki, müzakirə zamanı Rusiya lideri Qarabağla bağlı məsələlərin Rusiya Federasiyasının sülhməramlıları ilə sıx təmasda konstruktiv həllinin vacibliyini vurğulayıb.

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün məlum sazişlərin bütün kompleksinin həyata keçirilməsinin praktiki aspektləri, o cümlədən Azərbaycan – Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə addımlar nəzərdən keçirilib. Nəticədə birgə sülh müqaviləsi hazırlanır”, – xəbərdə deyilib.

Rusiya lideri tərəflər və Rusiya Federasiyası sülhməramlıları arasında sıx təmasda Qarabağla bağlı bütün yaranan məsələlərin konstruktiv həllinin vacibliyini vurğulayıb.

Oxşar xəbərlər

Sabunçu keçidi səhərlər niyə bağlanır?   

Aynur Camal

İlham Zəkiyev qızıl medala sahib oldu

Kəmalə Sultan

Putin və Paşinyan arasında telefon danışığı olub

Aynur Camal

Şərh yazın