Rusiya prezidenti Vladimir Putin “Qələbə günü” münasibəti ilə 3 günlük müvəqqəti atəşkəs elan etsə də, bu qərar ABŞ prezidenti Donald Trampı sevindirməyib.
Ağ Ev Trampın daimi atəşkəs görmək istədiyinə işarə edib.
Rusiya lideri Vladimir Putin Rusiyanın “Qələbə günü” ilə əlaqədar Rusiya tərəfinin mayın 7-8-də gecə yarısından 10-11-də gecə yarısına qədər atəşkəs elan etməsi barədə qərar verib. Ağ Ev ABŞ prezidenti Donald Trampın Putinin atəşkəs qərarından məmnun olmadığını bildirib.
“Mənim başa düşdüyüm budur ki, (Rusiya prezidenti) Vladimir Putin bu səhər müvəqqəti atəşkəs təklif edib. Prezident Tramp açıq şəkildə bildirib ki, o, ilk növbədə ölümləri və qan tökülməsini dayandırmaq üçün daimi atəşkəs görmək istəyir”, – Ağ Evin sözçüsü Leavitt bildirib.
”Danışıqlar davam etməlidir”
Leavitt, Trampın Rusiya Prezidenti Putin və Ukrayna Prezidenti Vladimir Zelenskinin sülh prosesində atdığı addımlardan “məyus” olduğunu vurğulayıb və bunları qeyd edib:
“Prezident hər iki liderin masa arxasına əyləşərək bu vəziyyətdən çıxış yollarını müzakirə etməsini istəyir. Düşünürəm ki, prezident Trampın prezident Zelenski ilə görüşü onun bu işə çox səy və vaxt sərf etdiyini göstərir”.
Qeyd edək ki, Rusiya Ukraynada Pasxa bayramı ilə əlaqədar aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-dək müvəqqəti atəşkəs elan edib.
Mənbə: TgrtHaber