Bugun.tv xəbər verir ki, Vladimir Putinin məktəb müəllimi Vera Qureviç onun uşaqlıq və məktəb illəri ilə bağlı xatirələrini bölüşüb.
Pedaqoqun sözlərinə görə, Rusiyanın gələcək prezidenti hələ erkən yaşlarından həmyaşıdlarından seçilib və sürətli düşüncə qabiliyyəti ilə diqqət çəkib.
Vera Qureviç bildirib ki, Putin 11 yaşından, hətta daha erkən dövrdən fərqli xüsusiyyətləri ilə seçilməyə başlayıb.
“O, çox canlı və çox sürətli düşünən uşaq idi”, – deyə müəllimə Birinci Kanala müsahibəsində qeyd edib.
Müəllimə əlavə edib ki, Putinlə 12-13 yaşlarında artıq “böyüklər səviyyəsində” mövzuları müzakirə edirdi.
Qureviç həmçinin Putinin valideynlərini həmin dövr üçün adi sovet insanları kimi xarakterizə edib.
Pedaqoqun sözlərinə görə, Rusiya prezidenti bu günə qədər onunla əlaqə saxlayır və dəfələrlə müəlliməsini həyatına ən çox təsir edən insanlardan biri adlandırıb.
Mənbə: mail.ru
