Image default
Baş xəbərDigər

Qəbilə qarşıdurması: 15 ölü

Bugun.tv xəbər verir ki, Pakistanın Hayber Paxtunxva əyalətində kömür mədənində olduğunu iddia edən iki qəbilə arasında baş verən qarşıdurmada 15 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Ölkə mətbuatının məlumatına görə, Dera Adem Xel bölgəsində kömür mədəninə iddialı olan “Günəşli Xel” və “Zərqun Xel” tayfaları arasında münaqişə baş verib.

Tərəflər arasında baş verən qarşıdurmada 15 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

Polis vəziyyətin nəzarət altında olduğunu və məsələ ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Polis rəsmiləri qeyd ediblər ki, 2019-cu ildən bəri iki qəbilə arasında kömür mədəni məsələsi ilə bağlı fikir ayrılığı var.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Deputat: Azərbaycan–Almaniya Biznes Şurası investisiya və məşğulluq imkanlarını genişləndirəcək

Aynur Camal

Dünya Kubokunun finalı ABŞ-da rekord izləyici sayı topladı

Aynur Camal

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu