17.3 C
Baku
20 May 2025, 1:53
Baş xəbərDünya

Qəfil nəhəng çuxur yarandı: 1 itkin, 1 yaralı

Cənubi Koreyada magistral yolda torpaq sürüşməsi baş verib. Çökmə nəticəsində diametri 20 metr, dərinliyi 30 metr olan nəhəng çuxur yaranıb. Hərəkətdə olan motosikletçinin xəndəyə düşdüyü və motosikletçinin sürücüsünün axtarışlarının davam etdiyi bildirilib. Hadisə zamanı bir avtomobil sürücüsü də yaralanıb.

Cənubi Koreyanın paytaxtı Seul faciəvi qəzaya səhnə olub. Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, dünən axşam saat 18.28 radələrində Qanqdonq rayonunda magistral yolda çökmə baş verib.

Hadisədən sonra diametri 20 metr, dərinliyi 30 metr olan nəhəng çuxur əmələ gəlib və hərəkətdə olan motosiklet çuxura düşüb. Ərazidən keçən avtomobil çuxura düşməkdən çətinliklə xilas olub.

Hadisədən sonra hadisə yerinə çoxlu tibbi və xilasedici qruplar göndərilib. Çuxura düşməkdən çətinliklə xilas olan avtomobilin qadın sürücüsü xəsarətlərlə xəstəxanaya aparılarkən, motosikletçinin axtarışlarının davam etdiyi bildirilib.

İlkin məlumata görə, magistralda çökməyə su borusunun partlaması səbəb olduğu açıqlanıb. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Əfsanəvi Fransız paroxodu Atlantik okeanının dibində tapıldı

Aynur Camal

Fırtına Şimali Egeydə bərə reyslərini əngəllədi

İntizar Əmirova

Tarixi etiraf: Biz çox geridəyik! Avropa ölə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu