25 C
Baku
27 İyul 2024, 4:21
Baş xəbər

“Qəhrəmanlar diyarı Azərbaycanımızın novruz şənliyi” – Yazgül Abdiyeva

Mən burda olan bütün qonaqları, başda şəhid ailələri və qazilərimiz olmaqla Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, səadət, firavanlıq, cansağlığı, ruzi-bərəkət arzu edirəm. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Xalqımızın illər boyu sevə-sevə qədimdən bu günə kimi böyük sevgi ilə qarşıladığı bayramdır –Novruz.

Ölkəmizdə Novruz bayramı artıq daha da coşqulu, daha da möhtəşəm qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazandığımız zəfər xalqımızın başını uca etmiş, işğal altında olan dədə-baba yurdlarımızda bayram tonqalları qalamaqla nəticələnmişdir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun sayəsində vətənimizin ərazi bütövlüyü təmin olunmuşdur. Bu zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından nə qədər söz açsam azdır. Şəhid və qazi ailələri hər zaman bizim diqqət mərkəzindədir. Mən
şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzu edirəm.

Bir daha bayramınız mübarək.

Var olsun xalqımız!

Bugün TV

Oxşar xəbərlər

Kurt Cobain: Nirvana solisti tərəfindən sındırılan gitara təxminən 600.000 dollara satılır

Aynur Camal

Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı 

Kəmalə Sultan

“Səsvermə prosesində kifayət qədər yüksək aktivlik qeydə alınıb”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu