25 C
Baku
27 İyul 2024, 5:05
Baş xəbərİdman

Qəsb dəstəsinə qarşı əməliyyat oldu: 12 həbs var

Bugun.tv xəbər verir ki, İstanbulda avtomobil oğurladıqları və nömrələrini dəyişdirərək müxtəlif cinayətlərdə istifadə etdikləri müəyyən edilən dəstə üzvlərinə qarşı keçirilən əməliyyatda yaxalanan 14 şübhəlidən 12-si həbs edilib. Asayiş Şöbə Müdirliyi Qəsb Büro Komandirliyi qrupları, 18-23 oktyabr tarixləri arasında Avcılarda baş verən 5 ayrı qəsb hadisəsi ilə əlaqədar istintaq başladıb. İşin davamında 280 saatlıq təhlükəsizlik kamerası görüntülərini araşdıran qruplar, təsbit etdikləri şübhəliləri tutmaq üçün Avcılar, Beylikdüzü və Esenyurtda təyin olunan 7 fərqli ünvanda xüsusi əməliyyat polisi ilə əməliyyat keçirib. Ünvanlarda aparılan axtarışlar zamanı 2 uzunlüləli tüfəng, 3 sənədsiz tapança, 200 güllə, maqazin, 3 polad jilet, xizək maskası və qaçırılmış 4 avtomobil ələ keçirilib.

TRT Haberin məlumatına görə, saxlanılanlar arasında bir taksi sürücüsünün qəsb dəstəsinə kömək etdiyi müəyyən edilib və onun avtomobilinə baxış zamanı əlcək bölməsində gizlənmiş çoxlu sayda güllə aşkar edilib.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

“Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır” adlı tədbir keçirildi – FOTO

Elnarə Dərziyeva

Atlet Buse Savaşkan qızıl medal qazandı

Bugün TV

Paytaxtda qəza baş verdi: Yaralanan var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu