25 C
Baku
25 Sentyabr 2026, 13:59
DünyaKriminal

Qəzza zolağından edilən hücumlarda ölənlərin sayı 100-ə yüksəldi

Bugun.tv xəbər verir ki, mühasirəyə alınan Qəzza zolağından həyata keçirilən hücumlarda İsraildə ölənlərin sayı 100-ə, yaralıların sayı isə 1000-i keçib. HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrailin fövqəladə yardım xidməti, Davudun Qırmızı Ulduzu daha əvvəl Qəzza zolağından həyata keçirilən hücumlarda 40 israillinin öldüyünü, 70-dən çox insanın isə ağır yaralandığını açıqlamışdı.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Bioloq uzunömürlülüyün əsas amillərini açıqladı

Aynur Camal

AB Ukraynaya 3 milyard avroya yaxın yeni ödənişi təsdiqlədi

Aynur Camal

Nyu-York Polymarket-ə qarşı məhkəmə iddiası qaldırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu