26 C
Baku
17 Sentyabr 2026, 20:09
Baş xəbərDünya

Qəzzada bir evi bombalayan işğalçılar: 3 şəhid

İşğal ordusunun gecə saatlarında Qəzza şəhərini bombalaması nəticəsində azı 3 nəfər şəhid olub, çoxlu sayda insan yaralanıb.

İşğalçı təyyarələrin Qəzza şəhərinin cənubundakı Əl Sabra məhəlləsində bir evi bombalaması nəticəsində 3 nəfərin şəhid olduğu, çoxlu sayda uşaq və qadının yaralandığı bildirilib.

İşğalçılar Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat düşərgəsində də bir neçə evi atəşə tutub.

İşğalçılar Qəzza şəhərinin cənub-qərbindəki Tel Əl Heva məhəlləsindəki evləri partladıb, Qəzza şəhərinin cənubundakı Əl-Sinay və Əl-Meqrabi küçələrini pilotsuz uçuş aparatları ilə hədəfə alıblar.

İşğalçılar 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumlarını davam etdirərək, əksəriyyəti qadın və uşaq olmaqla 39 min 324-dən çox insanı şəhid edib, 90 min 830-dan çox insanı yaralayıb.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Gündə cəmi 5 dəqiqə kitab oxumaq orqanizmə necə təsir edir?

Aynur Camal

Bloomberg: İran blokadasının xərcləri ABŞ-ın digər bölgələrdəki hərbi imkanlarını zəiflədir

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Avropa İttifaqı yeni “NATO” yaradır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu