21 C
Baku
22 İyul 2024, 3:54
Dünya

“Qəzzada məktəblərə sığınan insanların öldürülməsi qəbuledilməzdir”

Almaniya Xarici İşlər Nazirliyi bəyan edib ki, İsrailin Qəzzada məktəbləri bombalaması qəbuledilməzdir.

Xarici İşlər Nazirliyinin sosial media platforması X hesabından edilən şərhdə, “Qəzzada məktəblərə sığınan insanların öldürülməsi qəbuledilməzdir. Mülki insanlar, xüsusilə uşaqlar cəbhənin qarşısında buraxılmamalıdır” ifadələrdən istifadə edilmişdir.

Açıqlamada, İsraildən məktəblərə hücumları dayandırmağa çağırılıb və ən qısa zamanda bombalı hücumlarla bağlı araşdırmaya başlanmasının vacibliyi vurğulanıb.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Philippe Lazzarini, İsrailin 7 oktyabr 2023-cü il tarixində başlayan hücumlarından bu yana Qəzzada məktəblərin üçdə ikisinin hədəf alındığını açıqlayıb.

 Qəzzada UNRWA-ya aid 183 məktəb var idi.

İsrailin 4 məktəbə təşkil etdiyi hücumlarda ən azı 50 nəfərin öldüyü açıqlanıb.

İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlar səbəbindən təxminən 2,3 milyon insanın yaşadığı Qəzzada 1,9 milyondan çox fələstinli didərgin düşüb.

Bu fələstinlilərin əksəriyyəti İsrailin məcburi köçü nəticəsində dəfələrlə öz yurdundan didərgin düşüb. Bəzi fələstinlilər bölgələrini tərk etməmək üçün yaxınlıqdakı məktəblərə sığınırlar.

Oktyabrın 7-dən Qəzzada qırğınlarını davam etdirən İsrail ordusu məcburi köçkün fələstinlilərin sığındığı məktəb və düşərgələri tez-tez vurur.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

“Rok-n-rollun kraliçası” 83 yaşında vəfat edib

Aynur Camal

“Kızılcık şerbeti” serialı niyə dayandırıldı? – AÇIQLAMA

Kəmalə Sultan

“L’Oreal” şirkətinin varisi 100 milyard dollardan çox sərvətə malik ilk qadın oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu