25 C
Baku
27 İyul 2024, 4:09
Dünya

Qəzzada vəhşilik davam edir!

Beynəlxalq Ədalət Məhkəməsinin “təhlükəsiz bölgə” olaraq təyin etdiyi Rəfahda mülki əhalinin yaşadığı çadırlara İsrailin hücumları davam edir. Qəzzada hökumətin açıqladığı son məlumatlara görə, son 48 saatda 72 fələstinli həyatını itirib. İsrail ordusunun Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində həyata keçirdiyi əməliyyatlar zamanı son 48 saatda “təhlükəsiz” hesab edilən bölgələrdə məskunlaşan məcburi köçkün fələstinlilərin çadırlarına təşkil edilən hücumlarda 72 fələstinlinin həyatını itirdiyi bildirilib.

Hökumətin Qəzzadakı Media Ofisindən verilən açıqlamada, Beynəlxalq Məhkəmənin Rəfah şəhərindəki hücumları dayandırma qərarına baxmayaraq, İsrailin bombardmanlarını fasiləsiz olaraq davam etdirdiyi bildirilib.

Açıqlamada, “İsrail ordusu, Rəfahın qərbində “təhlükəsiz” olduğunu iddia etdiyi bölgələrdə köçkünlərin çadırlarını hədəfə alaraq 48 saat ərzində 72 fələstinlini şəhid etdi” deyilib.

Bəyanatda “öldürülmək və hədəfə alınmaq qorxusundan qaçan dinc əhaliyə və köçkünlərə qarşı daha çox qırğın törətmək niyyətində olduğu” iddia edilərək əlavə edilib: “Bu vəziyyət işğalçı İsrailin soyqırım cinayətini əvvəlcədən düşünərək törətməyə davam etmək israrını təsdiqləyir.

İsrail ordusunun Rəfah şəhərindəki hücumları Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) və Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) etiraz kimi qiymətləndirilib və dünya ölkələrinə Fələstinli mülki şəxslərin öldürülməsinin davam etdiyi mesajı verilib.

İsrail ordusunun son 48 saatda həyata keçirdiyi hücumlarda 72 fələstinli həyatını itirib, çoxlu sayda mülki vətəndaş isə yaralanıb. Hücumlar dünyanın müxtəlif ölkələri tərəfindən pislənilib və İsrail ABŞ-ı qətlləri dayandırmağa çağırıb.

Bəyanatda Qəzza zolağında törədilən hücumlarda ölən, yaralanan və itkin düşənlərin sayının 130 minə yaxınlaşdığı, İsrail, ABŞ və soyqırımı cinayətində iştirak edən ölkələrin soyqırım müharibəsinə görə məsuliyyət daşıdığı vurğulanıb.

Beynəlxalq qurumlar və dünya dövlətləri soyqırım müharibəsini dayandırmaq üçün İsrailə təzyiq göstərməyə çağırılıb. Bundan əlavə, minlərlə xəstə və yaralının müalicə üçün Qəzzanı tərk edə bilməsi üçün Rəfah sərhədinin açılması və humanitar yardım qruplarının bölgəyə çatması tələb olunub.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Husilər Qırmızı dənizdə Britaniyanın Pollux tankerinə hücum etdi

Aynur Camal

Virusoloq: Gürcüstanda qrip virusuna yoluxma halları artacaq

İntizar Əmirova

“Rusiyanın məqsədi bizim Aİ-yə daxil olmağımıza mane olmaqdır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu