Dünya

Qəzzanı bölən dəhlizdə əməliyyat!

İsrail ordusu bu yaxınlarda Qəzza zolağının bölünməsi dəhlizinə qarşı “əməliyyat”a başladığını açıqlamışdı.

İsrail ordusundan verilən yazılı açıqlamada Qəzza zolağının şimal və cənubu ayıran mərkəzi hissəsindəki dəhlizə hücum edildiyi bildirilib.

“162-ci diviziya orta dəhlizdə əməliyyata başlayıb”.

Açıqlamada əlavə məlumat verilməyib.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları 7 oktyabr 2023-cü il tarixində “Məscidül-Əqsa başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbiylə İsrailə hərtərəfli hücuma keçdi.

“İsrail oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 685-i uşaq, 9 min 670-i qadın olmaqla 34 min 97 fələstinli həyatını itirib, 76 min 980 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Mənbə: Ahaber

Nigar Məmmədova

Oxşar xəbərlər

Galaxy S25 Ultra arxamızdadır: 2025-ci ilin ən yaxşı kameralarına sahib telefonlar

Aynur Camal

İstanbulda İstiqlal küçəsində partlayış baş verib, yaralılar var

Nigar Məmmədova

Prezident Ərdoğan and içdi… Mandatını Baxçalıdan aldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu