25 C
Baku
27 İyul 2024, 5:01
Dünya

Qəzzanın cənubunda internet xidmətləri kəsilib

İsrailin hücumları altında olan Qəzza zolağının cənubunda internetə çıxışın kəsildiyi bildirilib.

Fələstinin telekommunikasiya şirkətlərindən Paltel Qrupu, verdiyi yazılı açıqlamada, İsrailin davam edən hücumlarının kommunikasiyaya təsir etdiyini bildirib.

“Təəssüf hissi ilə bildiririk ki, hücumlar səbəbindən Qəzza zolağının cənubunda sabit internet xidmətləri kəsilib”. Açıqlamada bildirilib ki, qruplar internetə çıxışın bərpası üçün işlərini davam etdirirlər.

Bildirilib ki, mayın 10-da İsrail Təhlükəsizlik Kabineti Qəzzanın cənubundakı hücumlardan qaçaraq təxminən 1,5 milyon insanın sığındığı Rəfah şəhərində quru hücumlarının “ərazinin genişləndirilməsi” ilə bağlı qərarı təsdiqləyib.

İsrail ordusu mayın 7-də Rəfahın şərqinə qurudan hücuma keçdiyini və Rəfah Sərhəd Qapısının Misirə açılan Fələstin tərəfini nəzarətə götürdüyünü açıqlayıb.

İsrail ordusunun işğal etdiyi əraziyə Misir sərhədindəki Rəfah Sərhəd Qapısı da daxildir ki, bu da humanitar yardımların Qəzzaya daxil olması üçün əsas keçid məntəqəsi və Qəzza zolağında fələstinlilərin bölgəni tərk etmək üçün istifadə etdiyi yeganə keçid məntəqəsidir.

 Oktyabrın 7-dən sonra İsrailin Qəzzanı işğal etməsi

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları 7 oktyabr 2023-cü il tarixində “Məscidül-Əqsa başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbi ilə İsrailə hərtərəfli hücuma keçib”.

İsrail oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 944-ü uşaq, 9 min 849-u qadın olmaqla 34 min 971 fələstinli həyatını itirib, 78 min 641 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Bu ilin ən gülməli tüklü finalçıları açıqlandı

Aynur Camal

Hizbullah İsrailə raket zərbəsi endirdi

Bugün TV

İranda partlayış oldu

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu