Dünya

Qəzza etirazları digər məktəblərə də sirayət edir

ABŞ-ın Nyu-York şəhərində Kolumbiya Universiteti rəhbərliyi ilə tələbələr arasında Qəzza etirazı ilə bağlı ötən həftə başlayan gərginlik davam edərkən, digər universitetlərdə də İsrailin hücumlarına qarşı tələbə etirazları yenidən alovlanıb. ABŞ-ın nüfuzlu məktəblərindən biri olan Yale Universitetinin tələbələri Beinecke Plazada oturaq etiraz aksiyası keçiriblər.

İsrailin soyqırım iddiası ilə mühakimə olunan Qəzzaya qarşı davam edən hücumlarına qarşı çıxan tələbələr, Yale rəhbərliyindən universitetin İsraillə əlaqəli “hərbi silah istehsal edən” şirkətlərə investisiyalarına son qoymasını tələb ediblər.

Universitet rəhbərliyi bu gün verdiyi yazılı açıqlamada “Yel ictimaiyyətinin təhlükəsizliyi və təhlükəsizliyi” səbəbi ilə polisdən kömək istədiyini və etirazı dayandırmaq istəməyən 47 tələbənin nəzarətə alındığını bildirib.

Yale rəhbərliyi sözügedən tələbələrin də “məktəbdən uzaqlaşdırılma” tələbi ilə intizam şurasına göndərildiyi barədə məlumat paylaşıb.

Digər tərəfdən, İsrailin Qəzzaya hücumlarına qarşı çıxmaq və Kolumbiyadakı tələbələrə dəstək olmaq üçün Nyu York Universitetinin (NYU) tələbələrinin kampusda başlatdığı etiraz aksiyası davam edir.

Vaşinqton Meydanı Parkı yaxınlığındakı Gould Plaza qarşısında etirazlarını davam etdirən NYU tələbələri universitet rəhbərliyindən İsrailin Fələstini işğalına dəstək verən şirkətlərlə investisiya əlaqələrini dayandırmağı tələb edir.

Fələstin tərəfdarı tələbələrin oxşar etirazları ABŞ-ın digər aparıcı məktəbləri, Massaçusets Texnologiya İnstitutu (MIT), Tufts Universiteti, Yeni Məktəb və Şimali Karolina Universitetində də davam edir.

Kolumbiya Universitetində insident

Kolumbiya Universitetində Fələstin tərəfdarı tələbələr məktəbin Fələstinin işğalını və Qəzzada soyqırımı dəstəkləyən şirkətlərə davam edən maliyyə sərmayələrinə etiraz etmək üçün kampusun qazonunda oturaq aksiyaya başlayıblar.

Rektor Minouche Shafik aksiyanın universitetin fəaliyyətinə “təhlükə törətdiyini” iddia edərək nümayişçiləri dağıtmaq üçün Nyu York polisindən kömək istəyib.

Oturaq aksiyaya polis kampusa girərək müdaxilə edib və 108-ə yaxın tələbəni saxlayıb. Məktəb rəhbərliyi aksiyada iştirak edən 80-ə yaxın şagirdi də təhsildən uzaqlaşdırıb.

Rektor Şafikin münasibəti 7 oktyabr 2023-cü il tarixindən sonra ABŞ-da universitetlərdə fələstinli tələbələrə qarşı başlayan “ifadə azadlığı” məhdudiyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirmişdi.

Rektorluq dünən yazılı açıqlama verərək, davam edən Qəzza etirazları səbəbindən Kolumbiya Universitetində dərslərin bu gün onlayn keçirilə biləcəyini açıqlayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ və Fransa: “İranın “Xeybər”uzaqmənzilli raket sınağı 2231 saylı qətnaməni pozur”

Aynur Camal

ABŞ çip investisiyası üçün 6,4 milyard dollar ayırdı

Aynur Camal

İraqın şimalında 4 terrorçu zərərsizləşdirildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu