18 C
Baku
27 Aprel 2026, 12:43
Dünya

Qəzzada bəşəriyyət donur: 10 uşaq soyuqdan öldü

Qəzza zolağının Səhiyyə Nazirliyi, İsrailin yanacaq və humanitar yardımların ölkəyə girişini əngəllədiyi bölgədə qışın əvvəlindən bu yana 10 uşağın soyuqdan öldüyünü açıqlayıb. Nazirlik məsələ ilə bağlı məlumat verən yazılı açıqlama yayıb. Açıqlamada “Üç aylıq Əli Əbu Zur şiddətli soyuqdan Əl-Əqsa Şəhidləri Xəstəxanasında dünyasını dəyişib” deyilir. Qeyd olunub ki, Qəzzada qışdan bəri soyuqdan qorunmadığı üçün ölən uşaqların sayı 10-a çatıb.

Soyuq hava can almaqda davam edir. İsrailin atəşkəsə baxmayaraq yardıma girişi məhdudlaşdırdığı Qəzza zolağında yüz minlərlə insan müvəqqəti çadırlarda sağ qalmaq üçün mübarizə aparır.

Bölgəyə təsir edən güclü yağış və tufan çadırları yararsız hala salıb, xüsusən də kiçik uşaqlar soyuğa tab gətirməkdə çətinlik çəkirlər.

Atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minsə də, Qəzzada humanitar vəziyyətdə nəzərəçarpacaq irəliləyiş yoxdur.

İsrailin qida, dərman, tibbi ləvazimat, yanacaq və sığınacaq avadanlıqlarının ölkəyə girişini məhdudlaşdırmaq da daxil olmaqla, razılaşmadan irəli gələn öhdəlikləri yerinə yetirməməsi böhranın qalıcı olmasına səbəb olur.

Mənbə: Trthaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu