Maraqlı faktlar

Qadın qeyri-adi pəhriz sayəsində altı ayda 17 kiloqram arıqladı

Bugun.tv xəbər verir ki, Vyetnamın Hanoy şəhərinin sakini qeyri-adi pəhriz sayəsində 6 ayda 17 kiloqram arıqlayıb. Bu barədə VnExpress məlumat yayıb.

30 yaşlı Thu əvvəllər çəkisi 67 kiloqram və boyu 1,58 metr idi. O, pəhrizini dəyişmək və arıqlamaq üçün dietoloqa müraciət edib. Qadın yeməyin əvvəlində tərəvəz, sonra zülal və sonunda karbohidrat yeməkdən ibarət olan “əks pəhriz” adlanan pəhrizlə tanış olub. Bu pəhriz istehlak edilən kalori miqdarını və qan şəkərinin səviyyəsini idarə etməyə kömək edib. Bu da kilo verməyə səbəb olub.

Beləliklə, ağ düyü və ağ çörək qəbulunu məhdudlaşdırıb.Tam taxıl dənli bitkilərə və onlardan hazırlanan məhsullara tükədib. Üç əsas yeməkdən əlavə, gündə bir və ya iki dəfə meyvə ilə qəlyanaltılar edib. Tez toxlaşıb aclığını azaltsın deyə. Beləliklə, şəkəri az olan meyvələri seçib. Bundan əlavə, o, qırmızı ət və yağlı yeməklərdən imtina edib. Onları quş əti və dəniz məhsulları ilə əvəz olunub.

Müxbir Qaytən Qasımzadə

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

Kağız və metal pul yox idi: Tarixin ən maraqlı 5 ödəniş vasitəsi

Aynur Camal

İki həftədə 31 yeni dəniz növü aşkar edildi

Aynur Camal

Samanyolunun ən böyük və ən detallı fotosu çəkildi: 60 milyon ulduz bir kadra sığdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu