Laçın yolu ilə bağlı açıqlama
Baş xəbərSosial

Qadınların pensiyasını artırmaq üçün yeni təklif

“Milli Məclisin sonuncu plenar iclasında çıxışım zamanı qadın vətəndaşlarımızın pensiyalarının artırılması üçün yeni mexanizm təklif etdim. Belə ki, rəsmi statistikaya görə, Azərbaycanda kişilər qadınlardan 54.0 faiz çox maaş alır. Azərbaycanda iqtisadi fəal (məşğul və işsiz) əhalinin sayı 5 milyon 304 min nəfər olub. Bunun 2 milyon 714 min nəfərini qadınlar, 2 milyon 591 min nəfərini kişilər təşkil edib. İşsizlik səviyyəsi qadınlar arasında daha çox nəzərə çarpır- qadınlar arasında işsizlik 7%, kişilər arasında 4.9%. Qeyri-fəal əhalinin böyük əksəriyyətini qadınlar təşkil edir- 66.0 faiz”.
Bugun.tv-nin məlumatına görə, bunu millət vəkili Vüqar Bayramov facebook səhifəsindəki paylaşımında bildirib. Onun sözlərinə görə, əmək haqqı arasındakı fərqlər qadınların kişilərə nisbətən daha az pensiya almasına səbəb olur.
Bır sıra ölkələrdə qadınların pensiya yaşı tamam olan zaman onları pensiya kapitalı xüsusi əmsala (kofisentə) vurularaq artırılır. Nəticədə, pensiyaya çıxan qadınların aldığı pensiya məbləği avtomatik olaraq artılır.
“Bu baxımdan, təklif edirəm ki, oxşar təcrübədən Azərbaycanda da istifadə olunsun. Qadınların pensiya kapitalı xüsusi əmsala vurularaq artırılsın. Məsələn, əgər pensiya yaşı tamam olan qadın vətəndaşımızın pensiya kapitalı 30 min manatdırsa o zaman o 1.5 əmsalına vurularaq 45 min manata çatdırıla bilər. Bu da qadın pensiyaçıların daha çox pensiya almasına imkan yarada bilər. Bu pensiya yaşı tamam qadın vətəndaşlarımızın sosial təminatının daha da güclənməsinə imkan yaradar”, – millət vəkili V.Bayramov əlavə edib.
Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycan və Özbəkistan arasında Əbədi Dostluq Müqaviləsi Türk dünyasının inteqrasiyasında tarixi addımdır

Aynur Camal

Ceyhun Məmmədov – Bu gün müsəlmanlar Mövlud gününü qeyd edir

Aynur Camal

Si Cinpin müstəqil Fələstin dövlətinin yaradılmasına çağırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu