Qan təzyiqi ölçülərkən edilən səhvlər
Ev şəraitində aparılan qan təzyiqi ölçmələrində tez-tez yanlış nəticələr alınır. Bu barədə Times of India-ya danışan daxili xəstəliklər üzrə məsləhətçi həkim S. M. Fayyaz bildirib.
Həkimə görə, ən çox rast gəlinən səhvlər bunlardır:
Mansetin ölçüsünün düzgün seçilməməsi;
Qəhvə içdikdən və ya fiziki hərəkət etdikdən dərhal sonra ölçmə;
Ölçmə zamanı danışmaq;
Yanlış bədən mövqeyi – belin dəstəksiz olması, ayaqların üst-üstə qoyulması, ölçmədən əvvəl kifayət qədər istirahət edilməməsi.
Daha dəqiq nəticələr üçün Fayyaz təzyiqi sakit bir mühitdə, gündə iki dəfə, hər dəfə üç ölçmə aparıb nəticələrin ortalamasını götürməyi tövsiyə edir. Həkim həmçinin vurğulayıb ki, təzyiq uzun müddət simptom vermədiyi üçün “sakit qatildir” və təzyiq 140 mm civə sütunundan yuxarı olduqda mütləq həkimə müraciət edilməlidir.
Timus və sağlamlıq
Mütəxəssislər uzun müddət aktivliyi az olduğu düşünülən timus (vilocqavı vəzi) orqanının, əslində, insan sağlamlığında mühüm rol oynadığını açıqlayıblar. Timus immun sisteminin formalaşmasında iştirak edir və T-hüceyrələrinin yetişməsinə kömək edir.
Yeni araşdırmalar göstərib ki, daha sağlam timusa sahib insanlar:
Vaxtından əvvəl ölmə riskini 50% azaldır;
Ürək-damar xəstəliklərindən ölüm riskini 63% azaldır;
Ağ ciyər xərçəngindən ölüm riskini 36% azaldır.
Həmçinin, timusun zəifləməsinə səbəb olan amillər arasında siqaret çəkmək, artıq çəki və xroniki iltihablar qeyd olunub. Araşdırmaçılar timusun qiymətləndirilməsinin gələcəkdə xəstəlik riskini daha dəqiq proqnozlaşdırmağa və effektiv müalicə strategiyalarını seçməyə kömək edə biləcəyini bildiriblər.
Mənbə: mail.ru
