Image default
Baş xəbərHadisə

Qapı emal edən fabrikində yanğın oldu

Bugun.tv xəbər verir ki, Kastamonu Tosya rayonunda qapı fabrikində yanğın baş verib. Ətrafdakıların xəbərdarlığı üzərinə Tosya Bələdiyyəsinə aid 10 yanğınsöndürən, Meşə Region Müdirliyinə aid çiləyicilərin dəstəyi ilə 10 qrup, eləcə də Kastamonu, Kargı, Araç, Taşköprü, Ilgaz bələdiyyələrinə bağlı çoxlu sayda yanğınsöndürən sövq edilib.  Tikinti texnikalarının dəstəklədiyi işlərə qatılan qruplar yanğının ətrafdakı digər fabriklərə keçməsinin qarşısını almaq üçün böyük səy göstərib. Hadisədə ölən və yaralananların olmamasının sevindirici olduğunu izah edən Hatəm, “Yanğının səbəbinin elektrik təması olduğunu düşünürük, amma dəqiq məlumatımız yoxdur. Allaha şükür ölən və ya yaralanan yoxdur. Yanğın nəzarət altına alınıb. Yaxınlıqdakı zavodlara keçmədən qarşısı alınıb. Hazırda hər şey nəzarət altındadır” dedi.

TRT Haberin məlumatına görə, ekipajlar yanğını söndürmək üçün işlərini davam etdirir.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

İngiltərə və Uelsdə oğlan uşaqlarına ən çox verilən ad ardıcıl üçüncü dəfə Məhəmməd oldu

Aynur Camal

Ayaqqabı fabrikində baş verən yanğında azı 28 nəfər həlak oldu

Aynur Camal

Mənzildə baş verən yanğında eyni ailədən 5 nəfər həyatını itirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu